ARDNF bu il AÇG layihəsindən 6,6 mlrd. dollar gəlir əldə edib
Energetika
- 04 sentyabr, 2018
- 07:03
Bakı. 4 sentyabr. REPORTAZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 6,656 mlrd. dollar daxil olub.
“Report” bu barədə ARDNF-a istinadən xəbər verir.
Məlumata görə, 2001-ci ildən bu il sentyabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 135,142 mlrd. dollar gəlir əldə olunub.
Bu ilin yanvar-avqust aylarında “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışından Fonda 115 mln. dollar daxil olub.
Fond 2007-ci ildən “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından isə 2,506 mlrd. dollar əldə edib.
Son xəbərlər
10:14
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Energetika10:13
Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
Energetika10:09
"Yuventus"un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib
Futbol09:53
Mikayıl Cabbarov: Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik
Daxili siyasət09:30
Suverenliyin bərpası Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq üçün hüquqi zəmin yaradıb - RƏY
Daxili siyasət09:14
PSJ prezidenti barəsində istintaq başlanılıb
Futbol09:05
Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Futbol09:00
Ağ Evin yaxınlığında Trampla görüş tələb edən kişi saxlanılıb
Digər ölkələr08:44
Video