ARDNF akrhesabı ödənişlər üzrə köçürmələrin illik məbləğini açıqlayıb
- 21 iyul, 2025
- 11:27
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “BP Eksploreyşn (Azərbaycan) Limited” və SOCAR-ın ortaq neft şirkəti arasında bağlanılmış sazişə uyğun olaraq ümumilikdə 2,1 milyon ABŞ dolları (3,6 milyon manat) məbləğində akrhesabı ödənişlər Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) köçürülüb.
“Report” Fondun illik hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə eynidir.
Bu maddə üzrə büdcə gəlirləri proqnoza nisbətən təxminən 100 % icra olunub.
Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.