Ana Toni: "BCAW 2026-da təkliflər enerji transformasiyası üzrə COP31 sənədinin əsası olacaq"
- 07 sentyabr, 2026
- 13:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı İqlim Həftəsi çərçivəsində keçirilən müzakirələrin yekunları COP31 sammiti üçün qalıq yanacağından mərhələli şəkildə imtina üzrə yol xəritəsinə daxil ediləcək.
"Report" xəbər verir ki, bu barədə COP30-un icraçı direktoru və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni "Bakı İqlim Həftəsi 2026 (BCAW 2026)"da çərçivəsində dəyirmi masada bildirib.
"Əvvəlki sessiyada vahid planın razılaşdırılması üçün konsensusa nail olmaq və rəsmi mandat əldə etmək mümkün olmasa da, sənədin hazırlanmasını təşəbbüs formatında davam etdirmək qərara alınıb. Yekun yol xəritəsinin COP31 zamanı Türkiyə və Avstraliyadan olan həmkarlara təqdim edilməsi nəzərdə tutulur", - o qeyd edib.
Onun sözlərinə görə, hazırlanan sənədin əsas komponenti istehsal, istehlak və digər sahələri əhatə edən genişmiqyaslı elektrikləşdirmə olacaq:
"Biz bu proseslərin əhəmiyyətli dərəcədə daha dərin bir transformasiyaya necə çevrildiyini müşahidə edirik. Söhbət təkcə enerji keçidindən deyil, həm də tətbiq edilən iqtisadi modellərə yenidən baxılmasından gedir. Məhz bu səbəbdən bütün maraqlı iştirakçıları, ilk növbədə özəl sektoru, regional və bələdiyyə orqanlarını, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrini cəlb etmək son dərəcə vacibdir. Bakı İqlim Həftəsinin iştirakçıları qlobal elektrikləşdirmə məqsədlərini qalıq yanacaqlardan mərhələli şəkildə imtina planları ilə uzlaşdırmağa imkan verəcək tövsiyələr hazırlayırlar. Formalaşdırılmış bütün təkliflər COP31-ə dair yol xəritəsinin hazırlığının başa çatdırılması üçün işçi qrupuna göndəriləcək".