Almaniyadan Azərbaycana polipropilen tədarükü bərpa edilib
- 28 sentyabr, 2022
- 05:50
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan xaricə 56,945 milyon ABŞ dolları dəyərində 37 min 882 ton polipropilen (ilkin formalarda) satıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 25 % azdır.
Rusiyaya 26,554 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % azdır) 16 min 230 ton (-42,3 %), Türkiyəyə 23,665 milyon ABŞ dolları dəyərində (+63,4 %) 17 min 533 ton (+33 %), Qazaxıstana 5,949 milyon ABŞ dolları dəyərində (-18 %) 3 min 629 ton (-28 %), Ukraynaya 517,18 min ABŞ dolları dəyərində (-82 %) 350 ton (-84,7 %), İrana 227,1 min ABŞ dolları dəyərində (-60,5 %) 118,8 ton (-73,2 %) məhsul göndərilib.
Hesabat dövründə Azərbaycan 10,847 milyon ABŞ dolları dəyərində (+16,5 ) 6 min 302 ton (+4,1 %) polipropilen idxal edib.
Koreyadan 6,695 milyon ABŞ dolları dəyərində (-4 %) 3 min 523 ton (-17,5 %), Səudiyyə Ərəbistanından 1,837 milyon ABŞ dolları dəyərində (+63 %) 1 min 147 ton (+29,3 %), İrandan 1,378 milyon ABŞ dolları dəyərində (+54 %) 998,85 ton (+35 %), Türkmənistandan 624,8 min ABŞ dolları dəyərində 509 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 139,87 min ABŞ dolları dəyərində (-29 %) 57 ton (-52,5 %) məhsul alıb.
İki il 9 aylıq aradan sonra Almaniyadan tədarük bərpa edilib. Həmin ölkədən müvafiq olaraq 28,56 min ABŞ dolları dəyərində 10 ton polipropilen gətirilib.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın xaricə (13 ölkə) satdığı 84,96 min ton polipropilenin 65 %-i Rusiyanın payına düşüb.