Almaniya Azərbaycandan neft idxalını 14 %-ə yaxın azaldıb
- 19 dekabr, 2024
- 10:48
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Almaniyaya 1 milyon 2 min 224,4 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 634 milyon 442,5 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunmuş neftin həcmi 13,7 %, dəyəri isə 16,4 % azdır.
11 ay ərzində Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 4,65 % olub.
Bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13 milyard 304 milyon 395,4 min ABŞ dolları dəyərində 21 milyon 555 min 781,6 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb.