Almaniya Azərbaycandan neft alışını cüzi azaldıb
- 19 sentyabr, 2024
- 11:17
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Almaniyaya 618 min 386,55 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 406 milyon 340,60 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Almaniyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,64 %, dəyəri isə 0,11 % azdır.
Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 3,76 % olub.
Hesabat dövründə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10 milyard 308 milyon 018,86 min ABŞ dolları dəyərində 16 milyon 475 min 802,81 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.