Almaniya Azərbaycandan neft alışını 6 %-dən çox azaldıb
- 25 noyabr, 2024
- 13:21
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Almaniyaya 875 min 565,01 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 560 milyon 009,61 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Almaniyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,2 %, dəyəri isə 6,4 % azdır.
Almaniyaya ixrac edilən yanacağın Azərbaycanın ümumi neft ixracında payı 4,26 % olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12 milyard 762 milyon 589,03 min ABŞ dolları dəyərində 20 milyon 571 min 968,71 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb.