Almaniya Azərbaycandan bu il neft alışını 16 %-dən çox azaldıb

Energetika
  • 18 oktyabr, 2024
  • 09:31
Almaniya Azərbaycandan bu il neft alışını 16 %-dən çox azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Almaniyaya 704 min 051,53 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 460 milyon 804,01 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Almaniyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,5 %, dəyəri isə 12,85 % azdır.

Almaniyaya ixrac Azərbaycanın ümumi neft ixracında payı 4 % olub.

Hesabat dövründə Azərbaycan 11 milyard 8 milyon 329,94 min ABŞ dolları dəyərində 17 milyon 608 min 860,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Bu ilin 9 ayında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.