AECOM: "Şəfəq-Asiman" Müqavilə Sahəsinin yaxınlığında kommersiya məqsədi ilə balıq ovu həyata keçirilməyib
- 11 sentyabr, 2019
- 07:27
Yeniliklərdən dərhal xəbərdar olun!
“Şəfəq-Asiman" Müqavilə Sahəsinin dərin sularında xulu və kefal balıq növləri çoxluq təşkil edir”.
"Report" xəbər verir ki, bunu AECOM şirkətinin məsləhətçisi Aron Şian (Aron Sheehan) deyib.
"Balıqçılıq təsərrüfatı ilə bağlı BMT-nin Ətraf Mühit Proqramının hesabatlarından toplanmış materiallar barədə hazırladığımı hesabatda qeyd etmişik. Hazırda Xəzər dənizində və əlaqəli çay deltalarında təqribən 151 balıq növünə və yarımnövünə rast gəlinir. Onlardan 54-ü sahə üçün lokal hesab edilir. Balıq növlərinin əksəriyyəti (rezident, köçəri, yarımköçəri) suyun dərinliyinin 500 metr və yaxud daha az olduğu hissələrdə toplanır. Noyabr-fevral ayları arasında xuluların və sivriburun kefal növ balıqların ayrı-ayrı fərdlər formasında 4 növü mövcud ola bilər. Burdan da aydın olur ki, müqavilə sahəsinin yaxınlığında kommersiya məqsədilə balıq ovu həyata keçirilməyib”.