AEBA-nın Baş direktoru: “Akkuyu” AES-in dizaynı mənə dərin təsir bağışlayıb”

Energetika
  • 27 aprel, 2023
  • 13:09
AEBA-nın Baş direktoru: “Akkuyu” AES-in dizaynı mənə dərin təsir bağışlayıb”

“Akkuyu” atom elektrik stansiyasının (AES) dizaynı mənə dərin təsir bağışlayıb”.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi bildirib.

R.Qrossi “Rosatom”un rəhbəri Aleksey Lixaçevlə birlikdə Türkiyənin Mersin vilayətində yerləşən “Akkuyu” AES-in maketi ilə tanış olub.

O, bu atom elektrik stansiyasının dizaynının çox maraqlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin aprelin 27-də videobağlantı vasitəsilə “Akkuyu” AES-in birinci bloku üçün ilk nüvə yanacağının təhvil verilməsi mərasimində iştirak edəcəklər.