“Abşeron” yatağından gündəlik hasil edilən qaz və kondensatın həcmi açıqlanıb
- 05 mart, 2024
- 10:46
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağından gündəlik 4,3 milyon kubmetr qaz hasil edilib.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, ötən il ərzində “Abşeron” yatağından gündəlik 1,6 min ton kondensat hasilatı həyata keçirilib.
Qeyd edək ki, “Abşeron” qaz kondensat yatağı 2023-cü ilin iyul ayından istismara verilib. Energetika Nazirliyinin 2023-cü il üzrə təqdim edilmiş operativ məlumatlara əsasən, ötən il “Abşeron” qaz-kondensat yatağından 0,8 milyard kubmetr təbii qaz hasil edilib. Ötən il ərzində Azərbaycanda hasil edilən kondensatın 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb.
Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.
"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə kontrakt imzalanıb. 2023-cü ilin iyul ayında yataqda hasilata başıanılıb, avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.