Abşeron rayonunun elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq

Energetika
  • 28 sentyabr, 2018
  • 07:21
Abşeron rayonunun elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün saat 12:00-dan saat 14:30-a qədər 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonunun Xırdalan əhərinin 25, 26 və 28-ci məhəllələri, Quşçuluq Massivi, AAAF Park, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

“Yaranacaq narahatlığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir”, - o qeyd edib.