Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Energetika
  • 09 yanvar, 2017
  • 11:40
Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı.9 yanvar. REPORT.AZ/ Yanvarın 10-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, aparılan işlərin Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

44 - Tezliklə