Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Energetika
  • 08 fevral, 2016
  • 14:05
Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 8 fevral. REPORT.AZ/ Fevralın 9-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Novxanı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işlərinin Bakı şəhəri, Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.