ABŞ şirkəti İGB kəmərinin ötürücülük gücünün 10 %-ni alır

Energetika
  • 10 oktyabr, 2022
  • 08:30
ABŞ şirkəti İGB kəmərinin ötürücülük gücünün 10 %-ni alır

ABŞ-ın “Linden Energy Holding Inc.” şirkəti illik 3 milyard kubmetr ötürücülük gücündə olan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) 10 %-nin 20 illik sahibi kimi iştirak etmək üçün müqavilə imzalayıb.

“Report” “Oil&Gas Journal”ına istinadən xəbər verir ki, 162 kilometrlik İGB qaz kəmərinin 2022-ci il oktyabrın 1-dən kommersiya istismarına başlanılıb. O, iki ölkənin nəqletmə sistemlərini birləşdirir ki, onun vasitəsilə Azərbaycan qazı Yunanıstandan keçməklə ildə 10 milyard kubmetr gücündə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Yunanıstan, Bolqarıstan və Avropaya nəql edilir. TAP Yunanıstan-Türkiyə sərhədində 16 milyard kubmetrlik Trans-Anadolu Boru Kəmərinə birləşir.

Bu ilin avqustunda “Linden” şirkəti Bolqarıstanın “Overgas Inc. AD” qazpaylayıcı şirkətinin 50 %-nin alınmasını tamamlayıb. Şirkətin səhm payının qalan 50 %-i isə Rusiyanın “Qazprom” şirkətinə məxsusdur.

Bu ilin iyul ayında “Overgas” şirkəti “Excelerate Energy Inc” ilə ilkin 10 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, “Excelerate” Albaniya sahillərində “Vlora” mayeləşdirilmiş təbii qaz terminalından planlaşdırılan 5 milyard kubmetrlik terminalından 1 milyard kubmetr qaz tədarük edəcək.

44 - Tezliklə