ABŞ Rusiyanı neft satışında İrana yardım göstərməməyə çağırıb

Energetika
  • 20 oktyabr, 2018
  • 07:15
ABŞ Rusiyanı neft satışında İrana yardım göstərməməyə çağırıb

Bakı.20 oktyabr. REPORT.AZ/ ABŞ İranın dünya bazarında neft satışına görə Rusiyadan kömək istəyə biləcəyini hesab edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Prezident Administrasiyasının yüksək rütbəli nümayəndəsijurnalistlərə məlumat verib.

Rəsmi Vaşinqton Moskvanı bunu etməməyəçağırıb.

Xatırladaqki, bu il mayın 8-də ABŞ Prezidenti Donald Tramp İranla "altılıq" ölkələri (ABŞ, Fransa, Rusiya, Çin, Böyük Britaniya və Almaniya) çıxdıqlarını açıqlamışdı. Həmin plan BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindəntətbiq olunan sanksiyaların ləğv olunması müqabilində İranın nüvə proqramının təxirəsalınmasını nəzərdə tutan sövdələşmədir. Üstəlik, Donald Tramp əvvəlki, o cümlədənenerji sahəsini əhatə edən sanksiyaları bərpa edəcəklərini bildirmişdi. Həmin sanksiyaların bu il noyabrın 4-dən tətbiq olunacağı gözlənilir.