ABŞ nüvə enerjisi sahəsində liderliyi qaytarmaq niyyətindədir

Energetika
  • 24 aprel, 2020
  • 09:39
ABŞ nüvə enerjisi sahəsində liderliyi qaytarmaq niyyətindədir

ABŞ nüvə enerjisi sahəsində dünyada lider mövqeyinə qayıtmaq niyyətindədir.

“Report” xəbər verir ki, bunu dünən enerji katibi Dan Brulett Nüvə Yanacağı İşçi Qrupunun bu istiqamətdəki strategiyasını açıqlayarkən deyib.

Həmin strategiya nüvə enerjisinin müsbət cəhətlərini artırmaq, uranium mədənlərini və uranuim təmizləyən müəssisələri dirçəltmək, emal sənayesini inkişaf etdirmək, ABŞ texnologiyalarının üstünlüyünü daha da gücləndirmək və ixracı dəstəkləmək, bununla da ABŞ-ın yayılmama hədəfləri ilə ardıcıllığı təmin edərək milli təhlükəsizliyi dəstəkləmək yönündəki tədbirləri əhatə edir.

“ABŞ yanacaq dövrəsinin başlanğıc mərhələsindəki sənaye bünövrəsinin ötən onilliklər ərzində daralması bizim milli mənafemiz və milli təhlükəsizliyimiz üçün təhdiddir. Strategiya bu prosesi əngəlləyərək nüvə enerjisi və texnologiyaları sahəsində Amerikanın liderliyini bərpa etmək üçün bir sıra siyasi variantları qarşımıza qoyur”, – Ağ Ev rəsmisi qeyd edib.

Strategiyada ölkənin milli müdafiəsinin mühüm parçası kimi güclü mülki nüvə sənayesinə ehtiyac duyduğu da qeyd edilir. Həmçinin Rusiya və Çin istehsalı nüvə yanacağınin idxalına qadağa qoymaq, beynəlxalq bazarda mövqeləri gücləndirmək də qarşıya məqsəd qoyulur.

Nüvə Yanacağı İşçi Qrupu (NFWG) ABŞ prezidentinin 12 iyul 2019-cu il tarixli memorandumu ilə yaradılıb.