ABŞ İranın neft ixracına mane olmayacaq

Energetika
  • 18 may, 2017
  • 07:18
ABŞ İranın neft ixracına mane olmayacaq

Bakı. 18 may. REPORT.AZ/ ABŞ İranın neft ixrac etməsinə mane olmayacaq. "Report" "RİA" agentliyinə istinadən bildirir ki, bu açıqlamanı ilə ABŞ Prezidenti Donald Tramp verib. 

Tramp ABŞ-ın dövlət katibi, maliyyə və energetika nazirlərinə göndərdiyi rəsmi xəbərdarlıqda qeyd edib ki, onun ölkəsi İran neftinin idxalına ehtiyac duymur. Xatırladaq ki, bu cür məktub 2012-ci ildən etibarən nazirlərə göndərilir.

"Buna baxmayaraq, mənim administrasiyam İranla bağlı siyasətinə yenidən baxış keçirsə də, ABŞ İran tərəfindən xam neftin ixrac edilməsinə məhdudiyyət qoyulmasına hazırda səy göstərmir", - deyə dövlət başçısı bildirib.

Qeyd edəkl ki, İranla "altılıq" ölkələri 2015-ci il iyul ayının 14-də tarixi nüvə anlaşmasında razılaşıblar. Nəticədə, 2016-cı il yanvarın 16-dan İrana tətbiq edilən iqtisadi və maliyyə sanksiyaları aradan qaldırılıb.