ABŞ-də neft ehtiyatları həftə ərzində 2,1 milyon barrel artıb
Energetika
- 06 noyabr, 2024
- 21:02
ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 2,1 milyon barrel artaraq noyabrın 1-nə 427,7 milyon barrel təşkil edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, hazırkı ehtiyatların həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən 2 % aşağıdır.
Bakı vaxtı ilə saat 19:35-də London ICE birjasında “Brent” neftinin yanvar fyuçersi 0,87 % azalaraq bir barrel üçün 74,87 dollar, WTI neftinin dekabr fyuçersinin qiyməti isə 0,65 % azalaraq bir barrel üçün 71,52 dollar təşkil edib. Saat 21:19-da “Brent”in qiyməti bir barrel üçün 75,32 dollara, WTI-nin qiyməti isə bir barrel üçün 72,03 dollara yüksəlib.
Son xəbərlər
20:45
CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib
Digər ölkələr20:35
Beyləqandakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB
Hadisə20:34
Foto
Azərbaycan Kinosu Günü münasibətilə silsilə tədbirlərin keçirilməsinə başlanılıb
Mədəniyyət20:32
Ukrayna Prezidenti Türkiyə ilə Azad ticarət barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb
Digər ölkələr20:31
"Turan Tovuz" Ankarada "Iğdır"ı minimal hesabla məğlub edib
Futbol20:26
Foto
ETSN-də qarşıya qoyulmuş tapşırıqların icra vəziyyəti müzakirə olunub
Ekologiya20:21
Zelenski Cey Di Venslə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini müzakirə edib
Digər ölkələr20:15
Foto
Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb
Fərdi20:04