ABŞ 1985-ci ildən bəri ilk dəfə Səudiyyə Ərəbistanından neft idxalını dayandırıb
Energetika
- 07 yanvar, 2021
- 14:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ keçən həftə Səudiyyə Ərəbistanından neft idxal etməyib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin məlumatları göstərir.
Qurumun 2010-cu ildən bəri yayımlanan həftəlik məlumatlarına əsasən, bütün bu müddət ərzində krallıqdan neft idxalı heç vaxt sıfıra çatmamışdı.
Aylıq məlumatlara əsasən, ABŞ Səudiyyə Ərəbistanından sonuncu dəfə 1985-ci ilin sentyabrında bir barel belə neft idxal etməmişdi.
Qeyd edək ki, ABŞ keçən həftə İraqdan və Ekvadordan da neft idxal etməyib. Eyni zamanda Kolumbiyadan idxal təxminən dörd dəfə artaraq gündəlik 337 min barelə çatıb.
Son xəbərlər
05:47
Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb
Digər ölkələr
05:18
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
Digər ölkələr
04:52
Panamada daha bir güclü zəlzələ baş verib
Digər ölkələr
04:10
"Reuters" ABŞ-nin Rusiya ilə dizel üzrə sövdələşməni Ukraynaya necə əsaslandırdığını açıqlayıb
Digər ölkələr
03:44
Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb
Komanda
03:08
Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib
Digər ölkələr
02:36
Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir
Digər ölkələr
02:15
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
Xarici siyasət
01:43
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
Digər ölkələr