2024-cü ildə Azərbaycan qazının Gürcüstana tədarükü ilə bağlı məlumatlar açıqlanıb

Energetika
  • 17 aprel, 2025
  • 11:42
2024-cü ildə Azərbaycan qazının Gürcüstana tədarükü ilə bağlı məlumatlar açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ildə Gürcüstana qaz tədarükünü 2023-cü illə müqayisədə 2,9 dəfə artıraraq 2,4 milyard kubmetrə çatdırıb.

Bu barədə “Report” Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.

Bundan başqa, ötən il Gürcüstana “Şahdəniz” yatağından hasil edilən 0,07 milyard kubmetr qaz nəql edilib, bu isə 2023-cü ilin göstəricisindən 95,2 % azdır.

Hazırda Azərbaycan Gürcüstanın əsas qaz tədarükçüsüdür. SOCAR tərəfindən qaz nəqli Qazıməmməd-Qazax boru kəməri ilə həyata keçirilir.

Bundan əlavə, “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstana Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə də çatdırılır.