2023-cü ildə “Bahar” yatağında neft və qaz hasilatının həcmi açıqlanıb

Energetika
  • 29 noyabr, 2022
  • 08:47
2023-cü ildə “Bahar” yatağında neft və qaz hasilatının həcmi açıqlanıb

2023-cü ildə “Bahar” yatağından 0,27 milyon barel neftin hasil ediləcəyi proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Bildirilir ki, 2022-ci ildə yataqdan 0,27 milyon barel neft hasil olunması proqnozlaşdırılıb. 2023-cü ildə hasilat bu ilin proqnozu ilə müqayisədə eynidir.

2021-ci ildə isə bu göstərici 0,17 milyon barel təşkil edib. Gələn ilin proqnoz göstəricisi 2021-ci ildəkindən 0,1 milyon barel və ya 58,8 % çoxdur.

Bundan başqa, 2023-cü ildə “Bahar” yatağından 310,63 milyon kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır. Bildirilir ki, 2022-ci ildə yataqdan 310,63 milyon kubmetr qaz hasil olunması proqnozlaşdırılıb. Hasilat 2023-cü ildə bu ilin proqnozu ilə müqayisədə eynidir.

2021-ci ildə isə bu göstərici 169 milyon kubmetr təşkil edib. Gələn ilin proqnoz göstəricisi 2021-ci ildən 141,63 milyon kubmetr və ya 83,8 % çoxdur.

Qeyd edək ki, "Bahar" yatağı qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərq- cənuba doğru dənizdə yerləşir. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilib. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılıb. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard kubmetr qaz olub.

"Bahar Energy Limited" əməliyyat şirkətinin 100 % səhmləri ABŞ-ın "Greenfields Petroleum" şirkətinə məxsusdur.

44 - Tezliklə