"Yüksəliş"in yarımfinal mərhələsində 326 namizəddən 130-u finala yüksəlib

Elm və təhsil
  • 17 iyul, 2026
  • 15:25
Yüksəlişin yarımfinal mərhələsində 326 namizəddən 130-u finala yüksəlib

"Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində iştirak edən 326 namizəddən 130-u finala yüksəlib.

"Report" xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev altıncı müsabiqənin final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, finalçılar arasında qadınların sayı ənənəvi olaraq azdır (26 nəfər). Kişilərin sayı isə 104 nəfərdir:

"Final mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük xüsusi təlim proqramı təşkil olunub. Təlimlərə ümumilikdə 58 ekspert cəlb edilib. Üç gün davam edəcək final mərhələsində müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 130 iştirakçı mübarizə aparır. Final mərhələsi iyulun 19-da başa çatacaq və ölkənin yüksək idarəçilik potensialına malik növbəti istedadlı kadrları arasından altıncı "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdiriləcək".

44 - Tezliklə