Vasim Məmmədəliyevlə vida mərasimi BDU-da keçiriləcək

Elm və təhsil
  • 14 oktyabr, 2019
  • 06:14
Vasim Məmmədəliyevlə vida mərasimi BDU-da keçiriləcək

Mərhum akademik Vasim Məmmədəliyevlə vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçiriləcək.

Universitetdən "Report"a verilən məlumata görə, vida mərasimi bu gün saat 13:00-dan 15:00-dək davam edəcək.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev oktyabrın 13-də axşam saatlarında 77 yaşında vəfat edib.