Emin Əmrullayev: Universitetlərin azad olunan ərazilərə köçürülməsi məsələsi təhlil edilir

Elm və təhsil
  • 06 fevral, 2025
  • 12:28
Emin Əmrullayev: Universitetlərin azad olunan ərazilərə köçürülməsi məsələsi təhlil edilir
Emin Əmrullayev

Universitetlərin işğaldan azad olunan ərazilərə köçürülməsi məsələsi ətrafında təhlillər aparılır.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu, heç də asan məsələ deyil:

"Bu, təhsil üçün də uğurlu addım olacaq. Belə bir layihə var. Amma bu istiqamətdə dəqiq qərar hələ ki yoxdur".

44 - Tezliklə