Ukraynadan təxliyə olunan azərbaycanlı şagirdlərin tədrisə cəlbi məsələsinə aydınlıq gətirilib

Elm və təhsil
  • 18 mart, 2022
  • 11:30
Ukraynadan təxliyə olunan azərbaycanlı şagirdlərin tədrisə cəlbi məsələsinə aydınlıq gətirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Ukraynadan təxliyə olunan azərbaycanlı şagirdlərin tədrisə cəlb edilməsi məsələsinə aydınlıq gətirib.

BŞTİ müdiri Mehriban Vəliyeva "Report"un sualına cavab olaraq bildirib ki, idarəyə bununla bağlı müraciətlər daxil olub.

Onun sözlərinə görə, Ukraynada Azərbaycana təxliyə olunan şagirdlərin məktəbə götürülməsi ilə bağlı heç bir problem yaşanmır.

M.Vəliyeva deyib ki, müraciətlər olduqca şagirdlərin məktəblərə yerləşdirilməsi prosesi davam edir.