TQDK iyunun 6-da keçirdiyi buraxılış imtahanının nəticələrini açıqlayıb
- 08 iyun, 2015
- 10:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da keçirdiyi buraxılış imtahanının (IX və XI siniflər üçün) nəticələrini açıqlayıb.
TQDK-dan "Report"a verilən xəbərə görə, imtahanda iştirak edən şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında http://eservices.tqdk.gov.az/netorta/ linkinə daxil olmaqla və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər. Həmin linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə də tanış olmaq mümkündür.
Qeyd edək ki, ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
V qrup üzrə müsabiqə şərtləri isə 2 saylı "Abituriyent" jurnalında verilib.
Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.