TQDK ilə Cəmşid Naxçıvanski adına Hərbi Lisey arasında saziş imzalanıb

Elm və təhsil
  • 01 may, 2015
  • 10:54
TQDK ilə Cəmşid Naxçıvanski adına Hərbi Lisey arasında saziş imzalanıb

Bakı. 1 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Cəmşid Naxçıvanski adına Hərbi Lisey arasında birgə əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. 

TQDK-dan "Report"a verilən məlumata görə, Dövlət Komissiyası Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədrisin səviyyəsinin yüksəldilməsi ilə bağlı metodiki yardım edəcək.

Sazişə əsasən, TQDK liseydə təhsilalanların biliklərinin yüksəldilməsi, ölçülməsi, qiymətləndirilməsi sahəsində metodiki kömək göstərəcək, müvafiq materiallarla, o cümlədən müxtəlif yoxlama-ölçmə materialları ilə təmin edəcək, müəllimlər və təhsilalanlar ilə sınaq yoxlamaları keçirəcək.