TQDK cəbhə bölgəsində səyyar Sənəd Qəbulu Komissiyaları yaradır
Elm və təhsil
- 07 aprel, 2016
- 08:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Füzuli, Tərtər və Goranboy rayonlarında səyyar Sənəd Qəbulu Komissiyaları yaradır. TQDK-dan "Report"a verilən məlumata görə, məqsəd adıçəkilən rayonların ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən məzunlarının elektron ərizələrini rahat şəraitdə təsdiq etmələrini təmin etməkdir.
Səyyar SQK-lar aşağıdakı tarixlərdə fəaliyyət göstərəcək.
| Rayonun adı | Tarix | Saat | Ünvan |
| Füzuli | 11-15 aprel | 10:00-17:00 | Təhsil şöbəsi, Horadiz ş. Gənclər pr. |
| Tərtər | 11-15 aprel | 10:00-17:00 | Gənclər Mərkəzi, Heydər Əliyev pr. 2 |
| Goranboy | 11-15 aprel | 10:00-17:00 | Heydər Əliyev Mərkəzi, Heydər Əliyev pr. 2 |
Xatırladaq ki, cari ilin məzunları elektron ərizələrini SQK-ya müraciət etmədən özləri təsdiq edirlər.
Son xəbərlər
09:29
Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
Region
09:26
FIBA Çempionlar Liqası: "Sabah" bu gün Bakıda Fransa klubu ilə üz-üzə gələcək
Komanda
09:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır
Futbol
09:14
"DH Volley" klubu avrokuboklarda ilk oyununu keçirəcək
Komanda
09:13
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.10.2026)
Maliyyə
09:12
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (27.10.2026)
Maliyyə
09:08
Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır
Fərdi
09:02
Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi
Hadisə
09:00
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur
Media