Təhsil Nazirliyi "Mən müəlliməm" adlı sosial kampaniyaya başlayıb

Elm və təhsil
  • 01 oktyabr, 2019
  • 10:28
Təhsil Nazirliyi Mən müəlliməm adlı sosial kampaniyaya başlayıb

Təhsil Nazirliyi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "Mən müəlliməm" adlı sosial kampaniyaya başlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, kampaniya oktyabrın 7-dək davam edəcək.

Kampaniyaya qoşulmaq istəyən müəllimlər sosial şəbəkələrdə şagirdləri ilə birgə çəkdirdiyi şəkli paylaşmalı, #TəhsilNazirliyi və #MənMüəlliməm həştəqlərini yazmalı, eləcə də digər həmkarlarını kampaniyaya qoşulmağa dəvət etməlidir.

Nazirlikdən bildirilib ki, #MənMüəlliməm kampaniyası müəllim əməyinə hörmət və ehtiramın ifadəsinə xidmət edir.

44 - Tezliklə