Təhsil naziri: "Müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib"

Elm və təhsil
  • 29 sentyabr, 2021
  • 17:46
Təhsil naziri: Müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib

“Biz hesab edirik ki, oktyabrın əvvəlinə qədər 4 milyon insan hər iki doza üzrə vaksinasiya prosesində iştirak edəcəklər”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib:

"Vaksinasiyadan keçən hər bir təhsil işçisinə təşəkkür edirəm. Artıq müəllimlərimizin 90 faizindən çoxu bu prosesə qatılıb. Digərləri ya immunitet, ya da əks-göstəriş sertifikatı olduqlarına görə hələ ki vaksinasiyadan keçə bilməyib və yaxud keçmələri mümkün deyil. Az qisim müəllimlə maarifləndirmə işlərimiz davam edir”.

44 - Tezliklə