Son dörd ildə 70 mindən çox təhsil tələbə krediti verilib

Elm və təhsil
  • 25 dekabr, 2025
  • 10:39
Son dörd ildə 70 mindən çox təhsil tələbə krediti verilib

Təhsil Tələbə Krediti Fonduna fəaliyyətə başladığı 2021-ci ildən bu günə qədər 86 mindən çox müraciət daxil olub.

"Report" xəbər verir ki, bu barədə Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin dördillik hesabat tədbirində məlumat verib.

Onun sözlərinə görə, həmin müddətdə qeydə alınan müraciətlərdən 70 min 393-ü rəsmiləşdirilib:

"Kreditlərin 65 faizi standart (45 min 956), 35 faizi isə sosial (24 min 437) təhsil tələbə kreditləridir".

B.Əzimov həmçinin deyib ki, bu günədək təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib:

"Bunun, təxminən, 39 milyon manatdan çoxu standart, 25 milyon manatdan çox hissəsi isə sosial təhsil tələbə kreditlərinin payına düşüb".

Fond sədri eni zamanda vurğulayıb ki, indiyədək iki tələbəsi olan 1 667 ailədə ümumilikdə 3 334, üç tələbəsi olan 41 ailədən 123, dörd tələbəsi olan 3 ailədən isə 12 tələbə təhsil tələbə kreditindən yararlanıb:

"Ümumilikdə, 1 711 ailəni əhatə edən 3 469 tələbə təhsil tələbə krediti mexanizmi çərçivəsində kreditlə təmin olunub".

Son xəbərlər

Bütün Xəbər Lenti