SOCAR ilə Qarabağ Universiteti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

Elm və təhsil
  • 01 noyabr, 2025
  • 09:45
SOCAR ilə Qarabağ Universiteti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

SOCAR ilə Qarabağ Universiteti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.

Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, Xankəndi şəhərində keçirilən imzalanma mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, Qarabağ Universitetinin rektoru Şahin Bayramov iştirak ediblər.

Qeyd edək ki, SOCAR ilə Qarabağ Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsi təhsil və sənaye arasında daha sıx əlaqələrin qurulmasına, rəqabətli insan kapitalının inkişafına töhfə vermək məqsədi daşıyır.

Əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə və təqaüd proqramları, "SOCAR Türkiyə" və "SOCAR Midstream Gas Operations" MMC tərəfindən elmi-tədqiqat və innovativ layihələrin dəstəklənməsi, Bakı Ali Neft Məktəbi və Qarabağ Universiteti arasında müştərək tədris proqramları və bir sıra digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Bütün Xəbər Lenti