Şamaxı Rəsədxanasında BDU-nun Astrofizika kafedrasının filialı yaradılacaq

Elm və təhsil
  • 05 aprel, 2017
  • 09:54
Şamaxı Rəsədxanasında BDU-nun Astrofizika kafedrasının filialı yaradılacaq

Bakı. 5 aprel. REPORT.AZ/ Bakı Dövlət Universiteti (BDU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

“Report” xəbər verir ki, müqaviləyə əsasən rəsədxanada BDU-nun Astrofizika kafedrasının filialı yaradılacaq, birgə elmi tədqiqatlar aparılacaq, konfrans, seminarlar təşkil ediləcək, tələbə mübadiləsi aparılacaq. 

Sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov imzalayıblar.