Şamaxı Rəsədxanası: Bu gecə Yer kürəsində maqnit qasırğası gözlənilir

Elm və təhsil
  • 06 oktyabr, 2015
  • 10:09
Şamaxı Rəsədxanası: Bu gecə Yer kürəsində maqnit qasırğası gözlənilir

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Bu gecə Yer kürəsində maqnit qasırğası gözlənilir". Bu barədə "Report"a Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov məlumat verib.

O bildirib ki, qasırğa maksimum 3 saat davam edə bilər: "Bu axşam müşahidə ediləcək maqnit qasırğası J1-J2 gücündə olan zəif qasırğadır".

Direktor qeyd edib ki, maqnit qasırğasının insanlara ciddi təsiri olmayacaq.