Aqil Şirinov: Müasir dünyada ailə dəyərlərinə qarşı təhdidlər var
- 14 may, 2026
- 11:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Müasir dünyada ailə dəyərlərinə qarşı təhdidlər mövcuddur.
"Report" xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov "Ailə dəyərləri" mövzusunda keçirilən açıq dərs çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ali təhsil müəssisəsinin məqsədi müasir olduğu qədər ənənəviliyini də qoruyan ailə dəyərlərini cəmiyyətə təlqin etməkdir:
"Bu gün təkcə Azərbaycanda deyil, dünyada da ənənəvi ailə dəyərləri yoxa çıxır. Artıq iki ildir institumuzda Beynəlxalq Ailə Günü münasibətilə tələbələrlə açıq dərs keçirilir. Tələbələr ailə dəyərləri mövzusunda düşüncələrini söyləyir, müzakirələr aparılır. Bildiyiniz kimi, müasir dünyada ailə dəyərlərinə qarşı təhdidlər mövcuddur. Amma Azərbaycan ailəsi ənənəvi köklərinə sadiq olmalıdır. Bizim də məqsədimiz məhz budur".
Rektor tələbələrin mühazirələrinin digər yanaşı tədbirlərə də öncüllük edəcəyinə ümid bəslədiyini vurğulayıb.