Rektor: Elmi fəaliyyətin innovasiyaya çevrilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Elm və təhsil
  • 07 oktyabr, 2025
  • 11:28
Rektor: Elmi fəaliyyətin innovasiyaya çevrilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Elçin Babayev

Elmi fəaliyyətin innovasiyaya çevrilməsi, elm–universitet–sənaye əməkdaşlığının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitentinin rektoru Elçin Babayev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, bu yubiley bir qurumun deyil, Azərbaycanın elmi, intelektual düşüncələrinin bayramıdır:

"Elmin idarəetmə mexanizmləri hər gün təkmilləşdirilir. Elmi fəaliyyətin innovasiyaya çevrilməsi, elm–universitet–sənaye əməkdaşlığının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev sərəncamı ilə AMEA-nın strukturunda genişmiqyaslı dəyişikliklərin aparılmasını və dövlət tərəfindən elmi fəaliyyətin dəstəklənməsini tapşırıb.

Bu mühüm sənəddə akademiyada və ümumilikdə ölkəmizdə elmin inkişafı, elmi fəaliyyətin təşkili və yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm qərarlar təsbit edilib".

Rektor əlavə edib ki, AMEA elmin hərəkətverici qüvvəsidir: "AMEA və BDU-nun tarixləri bir-birini tamamlayır. Onlar yeni elmi nəslin formalaşmasına imkan yaradıb. Onlar ölkəmizin aparıcı dayaqları, bir-birini tamamlayan ictimai tərəfdaşlardır".

E.Babayev qeyd edib ki, rəqəmsal proqramlar, beynəlxalq təcrübə mübadiləsi və startap təşəbbüsləri daha da genişləndirilməlidir:

"Bu istiqamətlər effektiv mexanizmə çevrilməli, elmi fəaliyyətin inkişafını və yeni nəsil alimlərin formalaşmasını təmin etməlidir. Elmi tədqiqatlar həm milli prioritetlərə, həm də qlobal elmi trendlərə uyğun aparılmalıdır.

İqlim dəyişikliyi, süni intellekt, kosmik tədqiqatlar, nanotexnologiyalar, biotexnologiya, milli sənaye və təhsil innovasiyaları kimi istiqamətlər gələcək inkişafın əsas hədəfləri olmalıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti