Prokurorluq orqanlarında işləmək üçün imtаhаn verən 222 nəfər uğur qazanıb

Elm və təhsil
  • 28 fevral, 2018
  • 11:50
Prokurorluq orqanlarında işləmək üçün imtаhаn verən 222 nəfər uğur qazanıb

Bakı. 28 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Baş Prokurorluq ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Bu barədə "Report"a DİM-in Mətbuat xidmətindən məlumat verilib.

Bakı İdman Sarayında təşkil olunan imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.

İşə qəbul olmaq üçün ərizə təqdim etmiş 481 namizəddən 71 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 410 namizəddən 222 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb. 1 namizəd ən yüksək bal – toplanılması mümkün olan 90 bal toplayıb.