Beynəlxalq tədqiqatın nəticələri açıqlanıb, Azərbaycan 35-ci sırada yer alıb

Elm və təhsil
  • 16 may, 2023
  • 12:45
Beynəlxalq tədqiqatın nəticələri açıqlanıb, Azərbaycan 35-ci sırada yer alıb
Emin Əmrullayev

Oxu nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatın nəticələri (PİRLS 2021) açıqlanıb.

"Report"un xəbərinə görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə məlumat verib.

O bildirib ki, bu tədqiqat COVID-19-un təsirlərini ölçməyə yönəlib. Nazirin sözlərinə görə, gözlənildiyi kimi qlobal nəticələrdə geriləmə müşahidə edilib:

"Qiymətləndirmədə Azərbaycan da daxil olmaqla 65 ölkə iştirak edib. Ümumilikdə 184 qrup üzrə 5,3 min şagird iştirak edib. Oxu nailiyyətləri sıralanması üzrə Azərbaycan 35-ci sırada 440 bal toplayıb. Müşahidələr onu deməyə əsas verir ki, COVID-19 təhsilə ciddi təsir edib. 2026-cı ildə növbəti "PİRLS"in nəticələri açıqlananda pandemiyadan sonrakı müddətdə itirdiklərimizi bərpa edib-etmədiyimizi biləcəyik. Təsirlər təkcə Azərbaycanda yox, bütün dünya ölkələrinin tədrisində hiss olunub. Yalnız 5 ölkə üzrə nəticələr stabil qalıb".