Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanının II mərhələsi keçirilib

Elm və təhsil
  • 02 noyabr, 2025
  • 14:21
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanının II mərhələsi keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib.

Bu barədə "Report"a DİM-dən bildirilib.

İmtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 2 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 10 imtahan rəhbəri, 54 nəzarətçi, 7 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

İmtahan 3 saat müddətində aparılıb və və namizədlərə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunub.

İmtahanda ümumilikdə 750 nəfər iştirak edib.

Yekun imtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar 4 həftədən sonra elan olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti