Nazir: "Uşaq bağçalarında monitorinqlər yekunlaşır"

Elm və təhsil
  • 23 avqust, 2022
  • 07:52
Nazir: Uşaq bağçalarında monitorinqlər yekunlaşır

"Uşaq bağçalarında aparılan monitorinqlər demək olar ki, yekunlaşır".

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu günə qədər, təxminən, 80 direktor işdən azad olunub və bir neçə yüz direktor barəsində intizam tənbeh tədbirləri görülüb.

"Ola bilsin oktyabr ayında bəzi bağçalarda pilot layihə olaraq uşaqlara isti yeməklərin verilməsinə başlanılsın", - nazir həmçinin bildirib.

44 filmi