Nazir: “Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır”

Elm və təhsil
  • 02 iyun, 2022
  • 07:34
Nazir: “Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır”
Emin Əmrullayev

“Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bu da bizi çox sevindirir”.

“Report”un xəbərinə görə, təhsil naziri Emin Əmrullayev ADA-da keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə Universitetinin yaradılması istiqamətində intensiv şəkildə işləyirik:

“Bu da ölkələrimiz arasında təhsil sahəsinin ən sıx pilləsi olacaq”.