Nazir müavini: "Kənd təsərrüfatı ixtisasları üzrə qəbul planı heç vaxt dolmayıb"

Elm və təhsil
  • 06 iyun, 2022
  • 09:55
Nazir müavini: Kənd təsərrüfatı ixtisasları üzrə qəbul planı heç vaxt dolmayıb

"Kənd təsərrüfatı ixtisasları üzrə ali məktəblərə qəbul elan etmişik. Ancaq bizdə bu ixtisaslar üzrə qəbul planı heç vaxt dolmayıb".

"Report"un xəbərinə görə, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

İ.İsayevin sözlərinə görə, bunun müxtəlif səbəbləri var.

Nazir müavini qeyd edib ki, qəbul zamanı texnoloji ixtisasların sayı əhəmiyyətli dərəcədə artıb:

"Kibertəhlükəsizlik, data anilitik və s. kimi ixtisaslar üzrə son iki ildə 4-5 dəfə artımlar mövcuddur".

44 - Tezliklə