Nazir: İqlim dəyişikliyi uşaqların davranışını formalaşdıran mövzu kimi tədris olunmalıdır

Elm və təhsil
  • 29 sentyabr, 2025
  • 19:36
Nazir: İqlim dəyişikliyi uşaqların davranışını formalaşdıran mövzu kimi tədris olunmalıdır

İqlim dəyişiklikləri təhsildə münasibət və yanaşma məsələsi kimi öyrədilməlidir.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri məktəblərdə yalnız elmi fənn kimi deyil, uşaqların münasibət və davranışlarını formalaşdıran bir mövzu kimi tədris olunmalıdır.

Nazir vurğulayıb ki, iqlim dəyişiklikləri ilə bağlı mövzular riyaziyyat, kimya, biologiya, ədəbiyyat kimi müxtəlif fənlər çərçivəsində uşaqlara təqdim olunmalıdır:

"Burada əsas məsələ elmi bilik deyil, münasibət və düşüncə tərzinin formalaşdırılmasıdır. Elm bundan sonra yaranır. Uşaqlara iqlim dəyişikliklərinə yanaşmanı öyrətmək onların gələcəkdə məsuliyyətli və informasiya əsaslı qərarlar verməsinə kömək edəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti