Nazir: “Bu il “#CodeForFuture” layihəsinə 2 300 nəfər cəlb olunub”
- 27 dekabr, 2022
- 14:22
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bu il “#CodeForFuture” layihəsinə 2 300 nəfər cəlb olunub”.
“Report”un xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, “#CodeForFuture” layihəsi Elm və Təhsil Nazirliyi tərəfindən müxtəlif ali təhsil müəssisələrində ayrı-ayrı təlim şirkətlərin özəl və dövlət qurumları arasında partnyorluq əsasında baş verir: “Məsələnin mahiyyəti isə əsasən, 3-cü və 4-cü kursda oxuyan tələbələri əmək bazarında zəruri olan bacarıqlara yiyələnmələri üçün şərait yaratmaqdır. Buna misal olaraq təlim otaqlarının ayrılması, həmçinin uyğun olaraq məzmun müəyyən olumaqla intensiv dərslərin keçirilməsini gətirə bilərik. Bu dərslər proqramdan asılı olaraq 3-4 ay arasında dəyişir”.
“Həm ali təhsil müəssisələrimiz, həm də tələbələrimiz tərəfindən bu proqramlara çox böyük maraq var. Eyni zamanda bu proqramın məzunları əmək bazarında daha yaxşı iş tapırlar. Proqramı bitirən tələbələrin təxminən iki ay sonra işə qəbulu üçdə bir təşkil edir. Düşünürük ki, növbəti illərdə bu sayları artıraq və builki layihə pilot layihə hesab olunur. Müşahidə etdiyimiz müsbət nəticələri nəzərə alaraq daha çox tələbəni və hətta məzun olmuş şəxsləri bu layihələrə cəlb edəcəyik”, - E.Əmrullayev bildirib.