Nazir: "Bir neçə min müəllim şagirdlərin bullinqə məruz qalması ilə bağlı təlim keçib"

Elm və təhsil
  • 28 aprel, 2022
  • 12:58
Nazir: Bir neçə min müəllim şagirdlərin bullinqə məruz qalması ilə bağlı təlim keçib
Emin Əmrullayev

"Məktəblərdə şagirdlərin bullinqə məruz qalması ilə bağlı bir neçə min müəllimin təlim prosesi bitib".

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təlimat formaları da hazırdır: "Pandemiya şəraitinə görə həmin formaların tətbiqində müəyyən problemlər yaşandı. Hesab edirəm ki, yeni tədris ilindən bir neçə məktəbdə pilot qaydada bunun tətbiqi planlaşdırılır".