Naxçıvanda təhsil alan qadın tələbələrin sayı kişilərdən çoxdur

Elm və təhsil
  • 24 sentyabr, 2015
  • 10:26
Naxçıvanda təhsil alan qadın tələbələrin sayı kişilərdən çoxdur

Bakı. 24 sentyabr. REPORT.AZ/ Ötən dərs ilinin əvvəlinə Naxçıvan Muxtar Respublikasında (MR) ümumillikdə mövcud olan 19 məktəbəqədər təhsil müəssisəsində 3 309 uşaq qeydə alınıb. Bu barədə "Report" MR-in Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumatda qeyd olunub ki, MR-in 216 ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 44 min 212-dir. Məktəblərdə təhsil alan qız şagirdlərin sayı 20 min 319-dur. Muxtar Respublikanın ümumtəhsil məktəblərində 7 024 müəllim fəaliyyət göstərir.

Ali təhsil müəssisələrində ümumillikdə 6 min 180 tələbə qeydə alınıb ki, qadın tələbələrin sayı 3638, kişilərin sayı isə 2 542 olub.