Naxçıvan Muxtar Respublikasının iki müəllimi fəxri ad alıb

Elm və təhsil
  • 29 mart, 2017
  • 02:06
Naxçıvan Muxtar Respublikasının iki müəllimi fəxri ad alıb
Courtesy İmage

Bakı. 29 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın iki müəlliminə "Əməkdar müəllim" fəxri adı verilməsi barədə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamda bildirilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:

Hacıyeva Sevil Məhəmmədəli qızına və Hüseynova Nəsibə Novruz qızına “Əməkdar müəllim” fəxri adı verilsin.