​Naxçıvan Müəllimlər İnstitutu dekan vəzifəsi üçün müsabiqə elan edib

Elm və təhsil
  • 01 mart, 2016
  • 05:57
​Naxçıvan Müəllimlər İnstitutu dekan vəzifəsi üçün müsabiqə elan edib

Bakı. 1 mart. REPORT.AZ/ Naxçıvan Müəllimlər İnstitutu Təbiət və incəsənət fakültəsinin dekanı vəzifəsini tutmaq üçün müsabiqə elan edib.

"Report" xəbər verir ki, dekan vəzifəsini tutmaq üçün müsabiqədə elmlər doktoru, dosent və ya professor, fəlsəfə doktoru, dosent, fakültənin profilinə uyğun yüksək peşə-ixtisas hazırlığına malik əməkdaşlar iştirak edə bilərlər. Müsabiqə üçün sənədlər elan verildiyi gündən bir ay müddətində (aprelin 1-dək) müvafiq qaydada qəbul olunur. 

44 - Tezliklə