NASA-nın peyk buraxılışı Günəş aktivliyinə görə təxirə salınıb
- 13 noyabr, 2025
- 01:09
"Blue Origin" şirkətinin Marsın maqnit örtüyünün xüsusiyyətlərini öyrənmək üçün ABŞ planetoloqları tərəfindən hazırlanmış "EscaPADE" adlı iki zondla birlikdə "New Glenn" daşıyıcı raketinin buraxılışı yenidən təxirə salınıb.
"Report"un məlumatına görə, bu barədə raketin istehsalçı şirkəti "X"də sosial şəbəkəsində paylaşım edib.
"New Glenn" buraxılışa hazırdır, lakin Günəş aktivliyinin artması və onun kosmik aparata mümkün təsiri səbəbindən NASA buraxılışı hava şəraiti yaxşılaşana qədər təxirə salır", – deyə paylaşımda bildirilib.
Zondlar Marsın maqnit sahələri, yuxarı atmosferi və ionosferinin ilk üçölçülü xəritəsini yaratmalıdır. Onlar Marsın ətrafındakı kosmik mühiti araşdıracaq və planetin atmosferi ilə suyun itirilməsini izah etməyə çalışacaqlar.
Kaliforniya Universitetinin alimləri tərəfindən hazırlanmış "EscaPADE" ("Escape and Plasma Acceleration and Dynamics Explorers") peyklərinin 2027-ci ilin sentyabr ayında Mars orbitinə çıxması gözlənilir.